Modern.az

Masallıda evlərdən oğurluqlar edən dəstə saxlanılıb

Masallıda evlərdən oğurluqlar edən dəstə saxlanılıb

Aktual

26 Oktyabr 2017, 15:26

Masallı şəhərində yaşayan bir qadın rayon Polis Şöbəsinə evindən  oğurluq olması barədə müraciət edib.  O, ərizəsində sentyabrın 29-da  evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən xəbərə görə, həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub.


Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıblar.


Araşdırmalarla onların Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar -   Elmar Xəlilov, Cavad Mirzəyev və Orxan Məmmədov olduqları məlum olub.


Onlar həmin mənzillərdə heç kimin yaşamadığını bildiklərindən evlərə oğurluq məqsədilə girdiklərini etiraf ediblər.


Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?