Modern.az

BDU Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək

BDU Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək

Aktual

26 Oktyabr 2017, 15:30

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin İstinye Universitetinin rektor məsləhətçisi professor Göksel Aşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Rektor BDU-nun beynəlxalq əlaqələrinin genişləndiyini deyib və Türkiyənin onlarla universitetləri ilə reallaşan uğurlu layihələrdən danışıb.

 

Modern.az xəbər verir ki, professor Göksel Aşan qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edərək təmsil etdiyi universitet barədə məlumat verib. O, 2015-ci ildən fəaliyyətə başlayan İstinye Universitetinin gənc olmasına baxmayaraq, dinamik inkişafı hədəflədiyini, universitetdə xüsusilə tibb və sosial elmlər sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlandığını nəzərə çatdırıb. BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaqlar birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi, konfransların, seminarların keçirilməsi kimi məsələlərin əhəmiyyətli olacağına əminliklərini ifadə ediblər. Sonda  iki universitet arasında gələcək əlaqələrin istiqamətlərini əks etdirən əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Qeyd edək ki, nümayəndə heyəti  universitetin tədris,  elmi-tədqiqat laboratoriyaları və bir sıra fakültələrində olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?