Modern.az

“Microsoft” “Kinect” oyun kontrollerinin istehsalını dayandırıb

“Microsoft” “Kinect” oyun kontrollerinin istehsalını dayandırıb

26 Oktyabr 2017, 23:22

“Microsoft” korporasiyası kontaktsız “Kinect” kontrollerinin istehsalını dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu qurğunun yaradıcısı Aleks Kipman bildirib.

 

Şirkətin məlumatına görə, əvvəlcə “Xbox 360” oyun qurğusu ilə birlikdə istifadə üçün nəzərdə tutulan “Kinect” 2010-cu ildə təqdim edilib.

 

Satılan qurğuların ümumi sayı 35 milyona yaxındır.

 

İstehsal dayandırıldıqdan sonra qurğunun pərakəndə satış nöqtələrindəki anbar ehtiyatları tükənənədək tədricən satışdan çıxarılacağı gözlənilir.

 

Korporasiyanın “Kinect” oyun kontrollerinə texniki dəstək göstərməkdə davam edəcəyi bildirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?