Modern.az

ABŞ-ın hip-hop qrupu Bakıda konsert verdi - FOTOLAR

ABŞ-ın hip-hop qrupu Bakıda konsert verdi - FOTOLAR

28 Oktyabr 2017, 09:44

ABŞ-ın “Next Level” hip-hop  qrupu oktyabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında konsert proqramı ilə çıxış edib.

 

Modern.az-ın məlumatına görə, konsert böyük coşqu ilə qarşılanıb.

 

“Next Level” qrupu istedadlı gənc ifaçılarımızla birgə hip-hop musiqi janrı ilə Azərbaycan muğamını sintez şəklində də səsləndiriblər.

 

Konsert proqramı ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən “Next Level Azerbaijan” proqramı çərçivəsində təşkil olunub.

 

Hip-hop qrupu ABŞ Dövlət Departamentinin, bu ölkənin Şimali Karolina Universitetinin və Meridian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə yaradılıb.

Qrupun təsis olunmasının əsas məqsədi hip-hop musiqi janrı və rəqsindən mədəniyyətlərarası mübadilənin genişləndirilməsində istifadə etməkdir.

 

Proqramın əsas məqsəd ölkələrimiz arasındakı mədəni əlaqələri genişləndirməkdir.

 

“Next Level” oktyabrın 28-də isə Mingəçevir Dövlət Dram Teatrında ödənişsiz konsert proqramı ilə çıxış edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?