Modern.az

Gəncədə yanan binadan 6 nəfər təxliyyə edildi

Gəncədə yanan binadan 6 nəfər təxliyyə edildi

1 Noyabr 2017, 00:17

Gəncədə yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın şəhərin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində üç otaqlı mənzildə baş verib. Nəticədə mənzildəki yataq dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?