Modern.az

"Azəri-Çıraq-Günəşli"dən 20 il ərzində hasilatın həcmi açıqlandı

"Azəri-Çıraq-Günəşli"dən 20 il ərzində hasilatın həcmi açıqlandı

1 Noyabr 2017, 10:44

1997-ci ilin noyabrından 2017-ci il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 438 milyon ton neft və 138 milyard kubmetr səmt qazı hasil olunub.

 

Bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov Bakıda keçirilən illik Xəzər texniki sərgi və konfransında deyib.

 

O qeyd edib ki, AÇG-dən neft hasilatının ümumi həcmindən 246 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür:

 

"Azərbaycanın ixrac etdiyi 459 milyon ton neftdən 342 milyon ton Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlin payına düşür".

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?