“Qarabağ” klubu növbəti tarixi uğuru ilə futbol azarkeşlərini, futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi.
Madridin “Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, oyunun son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq, əzmkarlıqla qələbəyə bərabər heç-heçəyə nail oldular.
AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyev Modern.az-a açıqlamasında “Qarabağ”ın oyunundan danışıb:
“Avropanın və dünyanın nüfuzlu furbol klublarından sayılan “Atiletiko” ilə cavab görüşündə nümayiş etdirdiyi oyunun səviyyəsi, əldə olunan nəticə göstərir ki, “Qarabag” düzgün yoldadır. Komanda oyundan-oyuna təkmiləşir, güclənir və Azərbayacan futbolunu dünyada layiqincə, yüksək səviyyədə təmsil edir. Bu uğurlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən futbolun inkişafına göstərilən diqqət və qayğının nəticəsində əldə olunur. Göstərdikləri yüksək səviyyəli, əzmkar oyuna və əldə olunan nəticəyə görə klubun rəhbərliyini, komandanın məşqçi heyyətini və futbolçuları ürəkdən təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzu edirəm”.