Biləsuvarda traktorla piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Modern.az DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 31-də saat 19 radələrində Biləsuvarın 10 saylı qəsəbə ərazisində naməlum sürücünün idarə etdiyi traktor hərəkətdə olarkən piyada - 1983-cü il təvəllüdlü Yunusov Zaur Vəli oğlunu vuraraq hadisə yerindən qaçmış, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür.
Fakta görə Cəbrayıl rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1953-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Rzaquliyev Rzaqulu Bəyiş oğlu tərəfindənonun idarə etdiyi “Belarus” markalı traktorla törədilməsi müəyyən edilib.
R.Rzaquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.