İki Universitetin özünüidarə statusu ləğv edilib. Modern.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” 2002-ci il 12 iyun tarixli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.