Modern.az

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

2 Noyabr 2017, 18:19

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də ATƏT-in baş katibi Tomas Qremingerlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

M.Zaxarova qeyd edib ki, bu görüş T.Qremingerin ATƏT baş katibi vəzifəsində Moskvaya ilk səfəri çərçivəsində baş tutacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?