Modern.az

Monteneqrolular "Bakı-Tbilisi-Qars"ın strateji əhəmiyyəti barədə məlumatlandırılıb

Monteneqrolular "Bakı-Tbilisi-Qars"ın strateji əhəmiyyəti barədə məlumatlandırılıb

3 Noyabr 2017, 08:29

Monteneqronun “Volimpodgoricu.me”, “Dijaspora.news” xəbər portallarında Azərbaycan–Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadənin “Azərbaycanda dünyanın 100 layihəsindən biri hesab edilən “Dəmir İpək Yolu”nun – Bakı-Tbilisi-Qars xəttinin açılışı olub” adlı məqaləsi dərc edilib.

Məqalədə Bakı–Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin təntənəli açılış mərasimi barədə məlumat verilir. Bu dəmir yolunun strateji əhəmiyyəti vurğulanır, layihə üzərindəki ölkələrin nəqliyyat və tranzit əlaqələrini genişləndirəcəyi və asanlaşdıracağı bildirilir, dövlət və hökumət başçılarının çıxışlarından sitatlar gətirilir.

Müəllif əhəmiyyətinə görə qlobal səciyyə daşıyan və Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan BTQ-nin qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olduğunu, gələcəkdə Balkan ölkələri ilə Xəzər regionu arasında nəqliyyat və ticarət əlaqələrinin dərinləşməsinə, eləcə də regionda turizmin inkişafına təkan verəcəyini qeyd edir.


Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?