Modern.az

Rafiq Hüseynovla vida mərasimi keçirilir

Rafiq Hüseynovla vida mərasimi keçirilir

3 Noyabr 2017, 09:38

Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

 

APA-nın məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət  xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

 

Vida mərasimi saat 12:00-dək davam edəcək.

 

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər