ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə inşa olunacaq divarın qiymətini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp tikinti işləri üçün 18 milyard dollar vəsaitə ehtiyac olduğunu bəyan edib.
İlkin olaraq, divarın inşası 40 milyard səviyyəsində dəyərləndirilirdi.