Modern.az

ABŞ səfiri: “Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir”

ABŞ səfiri: “Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir”

Aktual

3 Noyabr 2017, 13:41

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

 

Səfir bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

 

"Prezidentlərin sonuncu görüşü ilə bağlı həmsədrlərin xarici işlər nazirləri ilə birgə bəyanatı olub. Biz bu prosesi dəstəkləyirik. Hər iki ölkənin rəsmiləri arasında görüşün baş tutmasına öz köməyimizi, dəstəyimizi göstəririk, bu iş davam edir.

 

Eyni zamanda, bu münaqişənin dinc yolla həlli üçün öz dəstəyimizi davam etdiririk. Hesab edirik ki, münaqişənin dinc yolla həlli vacibdir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!