Modern.az

MTN polkovnikinin rütbəsi əlindən alındı - 12 il həbs verildi

MTN polkovnikinin rütbəsi əlindən alındı - 12 il həbs verildi

Aktual

3 Noyabr 2017, 13:54

Bu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi keçirilib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə V.Ələkbərovun vəkilinin məhkəmə prosesinin qismən istintaqda keçirilməsi barədə vəsatəti təmin edilməyib.

 

Zərərçəkən Hüseyn Səfərov isə çıxış edərkən onların apellyasiya şikayətinin Bakı Hərbi Məhkəməsinin hakimi tərəfindən hazırlandığını deyib. Müdafiə tərəfinin təkidi ilə bu ifadə protokola qeyd edilib.

 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. 

 

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!