Modern.az

Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda yeni medal təsis edildi

3 Noyabr 2017, 20:13

Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli Qanunu ilə “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsdiq edilib. Modern.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb:

 

Maddə 1. Təltif edilən şəxslər

 

“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

 

“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

 

Maddə 3. Taxılma qaydası

 

“Mülki aviasiya sahəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?