Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanılmış cinayət işi üzrə aparılan operativ-istintaq tədbirləri nəticəsində MTN-in keçmiş başçısı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov saxlanılıb.
Vüqar Mahmudov Eldar Mahmudov nazir işlədiyi müddətdə onun köməkçisi olub.
Vüqar Mahmudova qarşı konkret hansı maddələr üzrə ittihamən irəli sürüldüyü barədə daha sonra məlumat veriləcək.