Modern.az

Azərbaycan şahmatçıları ermənilərə qalib gəldi

Azərbaycan şahmatçıları ermənilərə qalib gəldi

Aktual

3 Noyabr 2017, 23:43

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib. Modern.az xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.

Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan - Şəhriyar Məmmədyarov, Sergey Movsesyan - Teymur Rəcəbov, Qabriel Sarkisyan - Arkadi Naydiç və Qrant Melkumyan - Rauf Məmmədov cütlükləri qarşılaşıblar.

Levon Aronyan - Şəhriyar Məmmədyarov cütlüyündə azərbaycanlı şahmatçı qələbə qazana bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyanla xalları bölüşüb. Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində isə həmyerlilərimiz qələbə qazanıblar: 2.5 - 1.5

Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Qeyd edək ki, Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü,  qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!