Bələdiyyələrə üzv seçilmək üçün tələb olunan yaş həddi ləğv edilir.
Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 212-ci maddəsinə (Bələdiyyələrə üzv seçilmək hüququ) dəyişiklik təklif edilir.
Təklif edilən dəyişikliyə görə, seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Hazırki qanunvericilikdə isə qeyd edilib ki, seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Beləliklə, qanunvericiliyə təklif olunan yeni dəyişiklikdə 21 yaş həddi götürülür.
Məcəlləyə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.