Modern.az

Neft buruğunda BƏDBƏXT HADİSƏ - Neftçi öldü  

Neft buruğunda BƏDBƏXT HADİSƏ - Neftçi öldü   

4 Noyabr 2017, 13:39

Nöyabrın 4-də səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə bədbəxt hadisə baş verib.

Modern.az xəbər verir ki, bu haqda SOCAR-ın mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşərək ölüb. Onun meyiti sudan çıxarılıb.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!