Modern.az

Məlahət İbrahimqızı NATO PA-nın tədbirinə gedir  

Məlahət İbrahimqızı NATO PA-nın tədbirinə gedir   

4 Noyabr 2017, 16:33

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.

 

Milli Məclisin Mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırki iqtisadi durum, habelə Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

 

Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.

 

Səfər noyabrın 10-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!