Modern.az

Bakı-Tbilisi-Qars qatarı Mərsinə qrafikdən 10 saat tez çatdı

Bakı-Tbilisi-Qars qatarı Mərsinə qrafikdən 10 saat tez çatdı

Aktual

4 Noyabr 2017, 19:51

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yola salınan ilk qatar Türkiyənin Mərsin şəhərinə qrafikdən 10 saat tez çatıb. Modern.az "APA"ya istinadən  xəbər verir ki, qatarı "TCDD Taşımacılık A.Ş."-nin baş direktoru Veysi Kurt qarşılayıb. "Qatar 75 saat əvvəl Bakıdan yola düşüb. Bizim planımıza görə, qatar 80 saat sonra bura çatmalı idi. Ancaq qatar qrafiki 10 saat qabaqlayıb", - deyə V. Kurt bildirib.

 

Bundan öncə xəbər verdiyimiz kimi, BTQ ilə yola salınan ilk qatar ötən gün Qarsa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!