Binəqədi I mədən yaşayış sahəsi, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə "APA"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
O bildirib ki, Sabunçu rayonunda - Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası, Zabrat-Məhəmmədi və Savalan subasma sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.
Ekspedisiya rəisi qeyd edib ki, Xəzər rayonundakı Qala qəsəbəsi subasma sahəsində də aktivləşmə müşahidə olunub.