Modern.az

Sabaha olan hava PROQNOZU

Sabaha olan hava PROQNOZU

5 Noyabr 2017, 12:23

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə yağış  yağacağı ehtimalı var.

 

Şimal-qərb küləyi gündüz  cənub küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq. 

 

Noyabrın 6-da Azərbaycanın əksər rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq, lakin səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz  16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti olacağı gözlənilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?