Modern.az

Azərbaycan şahmatçıları Macarıstanı məğlub edərək Avropa çempionatının ikinci pilləsinə yüksəlib

Azərbaycan şahmatçıları Macarıstanı məğlub edərək Avropa çempionatının ikinci pilləsinə yüksəlib

5 Noyabr 2017, 12:47

Azərbaycan kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, noyabrın 3-də Ermənistan komandasını məğlub edən (VI) Azərbaycan şahmatçıları VII turda Macarıstan üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

 

Azərbaycan yığması bu qələbə sayəsində xallarını 11-ə çatdıraraq turnirin ikinci pilləsinə yüksəlib. Komanda birinci yerdə qərarlaşan Rusiya millisindən bir xal geri qalır.

 

Azərbaycan şahmatçıları VIII turda Rusiya millisi ilə qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?