Modern.az

Yumurta bahalaşdı - Video

Yumurta bahalaşdı - Video

5 Noyabr 2017, 22:07

Kənd yumurtasının qiyməti artıb. Bölgələrdə bir müddət əvvəl 15 qəpiyə qədər ucuzlaşan kənd yumurtası bu günlərdə 2 dəfəyədək bahalaşıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, satıcılar yumurtanın qiymətinin ötən illə müqayisədə bu il daha çox artdığını bildiriblər.

Ötən il bu vaxtlarda kənd yumurtası 20 qəpiyə satılıb.

 

Qiymətin artması alıcılıq qabiliyyətinə də təsir edib.

 

Satıcılar bildirirlər ki, yumurtanın bahalaşmasına səbəb ev quşları üçün olan yemlərin qiymətinin artmasıdır.

 

Fabrik yumurtasında isə qiymət artımı müşahidə edilmir. Hazırda bu yumurta 12 qəpiyə satılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?