Modern.az

Əyləncə üçün Ukraynaya gedən azərbaycanlılar qəzaya düşdü

Əyləncə üçün Ukraynaya gedən azərbaycanlılar qəzaya düşdü

6 Noyabr 2017, 01:01

Bu yaxınlarda Azərbaycandan əyləncə tədbirində iştirak etmək üçün Ukraynaya gedən turistlər yol qəzasına düşüblər. Modern.az “Report”a istinadən xəbər verir ki, qəza Kiyevin Lobanovski və Qolovka küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə "VAZ" markalı avtomobilin bakılı turistlərin olduğu "BMW"nin sürücü əyləşən hissəsinə çırpılması nəticəsində baş verib.

Hər iki sürücü işıqforun yaşıl işığında hərəkət etdiyini bildirib. Lakin ilkin araşdırmalara görə, qəzaya "VAZ"ın sürücüsü səbəb olub.

Cüzi xəsarət alan hər iki sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!