Modern.az

Ermənilər azərbaycanlı generalın fotosunu paylaşdı: “Bizdə belə deyil ”

Ermənilər azərbaycanlı generalın fotosunu paylaşdı: “Bizdə belə deyil ”

Aktual

6 Noyabr 2017, 15:19

Erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.

 

Modern.az saytının məlumatına görə, general-leytenant Yaşar Aydəmirov fotoda Şəhid anasının əlini öpür.

 

Erməni Facebook istifadəçisi Haykaz Gevorgyan fotonun “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

 

Qeyd edək ki, Yaşar Aydəmirovun sözügedən fotosu 1997-ci ildə xüsusi tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupunun noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib.

 

Şəhid kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti olaraq Ananın əlindən öpür və qarşısında baş əyir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!