Modern.az

Nazir müavini Qırğısıztanın nümayəndə heyətini qəbul etdi

Nazir müavini Qırğısıztanın nümayəndə heyətini qəbul etdi

6 Noyabr 2017, 15:35

 

Noyabr ayının 6-da Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Qırğız Respublikası Kənd Təsərrüfatı Qida Sənayesi və Meliorasiya Nazirliyinin idarə rəisi Ağamat Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.  

 

 

Modern.az xəbər verir ki, görüşdə məqsəd Kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

 

Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Qırğızıstan Respublikası ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin potensialının artırılmasını məqsədəuyğun hesab edib.

 

Nazir müavini İlham Quliyev Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çayçılıq, xüsusəndə üzümçülüyə diqqət yetirildiyi barədə geniş məlumat verib. İlham Quliyev dünyada mövcud olan 11 iqlim tipindən 9-nun Azərbaycanda mövcud olduğunu və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan organikliyini nəzərə çatdırıb.

 

 

Nazir müavini bildirib ki, Azərbaycanda üzümçülük hələ qədim zamanlardan bəri kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olmaqla geniş sənaye xarakteri daşımışdır. Bu gün də üzümçülük ölkədə kənd təsərrüfatının prioritet sahələrdən biri sayılır. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkədə üzümçülük tədricən dirçəlməyə başlayıb. Son illərdə bir sıra regionlarda geniş sahələrdə yeni üzüm plantasiyaları salınıb.  

İlham Quliyev Qırğız iş adamlarını hər il ölkəmizdə keçirilən ənənəvi kənd təsərrüfatı sərgisinə dəvət edib.

Nazir müavini bildirib ki, ölkəmizdə son 4 ildə kənd təsərrüfatı sahəsində böyük bir dönüş yaranıb. Belə görüşlər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişlənməsinə öz töhvəsini verəcək.  

Səmimi qəbula görə minnətdarlığını bildirən Ağamat Canibekoviç ölkəmizin üzüm və şərab istehsalı ilə məşğul olan şirkətlərinin təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını, bu sahədə əlaqələrin yaradılması, alkoqol bazarının dövlət tərəfindən tənzimlənməsi və nəzarəti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə alkoqollu məhsulların istehsalını tənzimləyən və nəzarət edən dövlət orqanlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi, həmçinin alkoqollu məhsulların istehsalçıları assosiasiyaları və birliklərinin nümayəndələri ilə təmasların qurulması, o cümlədən Azərbaycanın alkoqollu məhsulların ixracı sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Qonaqlar Azərbaycanın alkoqollu məhsulları istehsal edən qabaqcıl şirkətlərinin ziyarət edilməsi və onların işi ilə tanış olmaq məqsədilə Şəmkir Şərab İstehsalı zavoduna getmək istədiklərini bildiriblər.

Sonra qarşılıqlı maraq doğuran məsələr üzrə geniş fikir mübadiləsi aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!