Modern.az

Paytaxtda 27 yaşlı oğlan mənzilində ölü tapıldı

Paytaxtda 27 yaşlı oğlan mənzilində ölü tapıldı

Aktual

6 Noyabr 2017, 20:16

Paytaxtda 27 yaşlı oğlanın meyiti mənzilində tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər