Qoyun əti 7,50 - 8, quzu əti isə 11-12 manata satılır. Bəs qoyun ətinin quzu ətindən ucuz olmasına səbəb nədir? Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, satıcılar bildirir ki, qoyun ətinin quzu ətindən ucuz olmasına əsas səbəb onun çəkisinin artıq olması ilə bağlıdır. Qiymətlərdə elə bu amilə görə fərqlənir.
Əsas fərq odur ki qoyun əti doğmuş heyvanın ətidir. Adətən doğar qoyun bala verdiyi müddətcə kəsilmir. Yəni satışda olan qoyun ətlərinin əksəriyyəti nəsilartırma xüsusiyyətini itirmiş qocalmış heyvanların ətidir. Heç şübhəsiz ki bu onun ətinin keyfiyyətinə də təsir edir.
Baytar həkimlər isə alıcılara tövsiyyə edir ki, nəinki çəkisinə görə, hətta, başqa xüsusiyyətlərə görə də qoyun əti ilə quzu ətini fərqləndirmək mümkündür.
Satıcılar bildirib ki, qoyun ətinin quzu ətinə nisbətən ucuz olmasına baxmayaraq, alıcılar bir o qədər də buna üstünlük vermir. Bunun bir səbəbi quzu ətinin daha dadlı olmasıdırsa, ikinci səbəbi qoyun ətinin gec bişməsi habelə kabab və digər quru xörəklərdə istifadə olunmamsıdır.