Bu gün keçmiş “Böyük Oktyabr İnqilabı”nın 100 illiyidir.
Modern.az-ın məlumatına görə, keçmiş SSRİ tarixşünaslığında 7 noyabr böyük siyasi bayram sayılırdı. 1917-ci ildə rus bolşevikləri başda Vladimir İliç Lenin olmaqla Müvəqətti höküməti devirərək Rusiyanın sosialist quruluşuna keçdiyini elan ediblər. Əslində bu, dövlət çevrilişi, bolşeviklərin hakimiyyəti zorla ələ keçirməsi idi.
Sovetlər adlanan bu quruluş 70 il davam etdi. 15 respublika Sovet İmperiyasının 70 illik “həbsxanasında” yaşamalı oldu. O cümlədər də Azərbaycan.
SSRİ-də “Böyük Oktaybr Sosialist İnqilabı” adı ilə qeyd edilən 7 noyabr ölkənin əsas ideoloji və siyasi bayramı sayılırdı. SSRİ dağıldıqdan sonra bu gün yalnız Rusiyada qeyd edilir.