Milli Məclisin deputatı, Azərbaycan-Tacikistan Dostluq Qrupunun rəhbəri Aydın Mirzəzadə Tacikistanın “Hovar” informasiya agentliyinə müsahibə verib.
Modern.az xəbər verir ki, Aydın Mirzəzadə Azərbaycan-Tacikistan münasibətlərinin inkişafda olmasını vurğulayıb.
“İki ölkə arasındakı münasibətləri iki dost, qardaş arasındakı münasibətlər kimi dəyərləndirirəm. Tarixi, dini və mental oxşarlıqlarımız ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə yol açıb. Təbii ki, rəsmi şəxslərin səfərləri bu münasibətlərin inkişafına öz töhfəsini verir”.
Tacikistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını xatırladan deputat, təhlükəsizlik məsələlərində, terrora qarşı mübarizədə Bakı ilə Düşənbə arasında sıx əməkdaşlığın olmasına diqqət çəkib.