Modern.az

Pambıq yığan qadınlar arasında dava düşdü

Pambıq yığan qadınlar arasında dava düşdü

7 Noyabr 2017, 20:16

Biləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb. Modern.az "Report"a istinadən xəbər verir ki, dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb.

 

Belə ki, xəsarət alan qadınlar - rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir - biri ilə mübahisə ediblər. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var