Modern.az

Bakı yollarında tıxacın səbəbləri araşdırılır - Video

Bakı yollarında tıxacın səbəbləri araşdırılır - Video

Aktual

7 Noyabr 2017, 23:17

Paytaxtın Nərimanov rayonunda İzzətdin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsindəki tıxaca artıq son qoyulacaq. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri həmin əraziyə baxış keçirib və tıxacın səbəbini araşdırıblar. Yaxın vaxtlarda həmin ərazidə 9 metirlik piyada səkisi qısaldılacaq və yola 1 hərəkət zolağı daha əlavə ediləcək.

 

Bakının daha iki küçəsində tıxac problemi həll olunur. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən Təbriz və İzzətdin Həsənoğlu küçələrinin kəsişməsi araşdırılıb, avtomobillərin hərəkətinə çətinlik yaradan bir sıra maneələr aşkarlanıb.

 

Mütəxəssislər sözügedən ünvanda problemin həll edilməsi üçün təkliflər hazırlanıb.

 

Təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir