Modern.az

"Avroviziya -2018"in loqosu təqdim olundu

"Avroviziya -2018"in loqosu təqdim olundu

8 Noyabr 2017, 00:28

"Avroviziya -2018"in Portuqaliyadan olan təşkilatçıları Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb. Modern.az xəbər verir ki, siyahı müsabiqənin rəsmi saytında açıqlanıb. Saytda müsabiqənin dəniz balıqqulağını xatırladan loqotipi və "Hamı göyərtəyə!" adlı rəsmi şüarı təqdim edilib.

 

Qeyd edək ki, müsabiqə 2018-ci ilin mayında Lissabon şəhərində keçiriləcək. İştirakçılar isə Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Kipr, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir