ABŞ prezidenti Donald Trampın Çinə 3 günlük rəsmi səfəri başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı Melani Trampın müşayiəti ilə Pekin aeroportuna gələn ABŞ prezidentini fəxri qaravul qarşılayıb.
Pekində qapalı şəhərə gedəcək Tramp cümə axşamı günü Çin sədri Si Tzinpinlə danışıqlar aparacaq. Bundan başqa, Şimali Koreyanın nüvə problemindən tutmuş ikitərəfli münasibətlərə qədər geniş mövzular əhatə olunacaq.