Modern.az

Göyçayda insan alveri qurbanları üçün sığınacaq tikiləcək

Göyçayda insan alveri qurbanları üçün sığınacaq tikiləcək

8 Noyabr 2017, 13:35

“Göyçayda 2 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Onun Ibirinci mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, ikinci mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacaq olacaq".

 

Modern.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

 

O qeyd edib ki, artıq Bakıda Avropa standartlarına cavab verən iki sığınacaq fəaliyyətə başlayıb:

 

“Gələn ilin əsaslı vəsait qoyuluşun ilkin layihəsi var. Burada Bakıda, Lənkəranda və Xaçmazda məişət zorakılğından əziyyət çəkənlər üçün 3 sığınacağın yaradılması nəzərdə tutulur".

 

Nazir bildirib ki, 10 QHT-yə məişət zorakılığı sahəsi üzrə akkreditasiya verilib və onlardan 4-nün sığınacağı (2-si Bakıda, 2-si Gəncədə) var.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir