Modern.az

Bakı metrosunun 12 stansiyasının inşası 8 ilə başa çatacaq

Bakı metrosunun 12 stansiyasının inşası 8 ilə başa çatacaq

Aktual

8 Noyabr 2017, 14:11

2025-ci ilə qədər Bakı Metropoliteninin Bənövşəyi xətt üzrə 12 stansiyasının tikintisi başa çatacaq.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

 

O qeyd edib ki, artıq həmin stansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb:

 

"Bənövşəyi xətt Qaraçuxur qəsəbəsinə qədər olacaq. Bildiyiniz kimi, artıq həmin xətt üzrə 2 stansiya - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları istifadəyə verilib. Digər stansiyaların da bəzilərinin tikintisi davam edir. 2025-ci ilə qədər bu xətt üzrə bütün stansiyalar istifadəyə verilməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir