Modern.az

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

8 Noyabr 2017, 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

 

Təbrikdə deyilir: "Əlahəzrət, Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına əmin-amanlıq və rifah diləyirəm".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var