Modern.az

Paytaxtda intiharın qarşısı alınıb

Paytaxtda intiharın qarşısı alınıb

Aktual

8 Noyabr 2017, 23:41

Bakıda intihara cəhdin qarşısı alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanına çıxıb.

 

Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar. Əməliyyat başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var