Salyan rayonunda minik avtomobilinin su kanalına aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, bu sürücü Lənkəran sakini, 1985-ci il təvəllüdlü Cəfərov Seyfəddin Bəkir oğludur. Avtomobildə olan sərnişinlər isə Lənkəran sakinləri, 1962-ci il təvəllüdlü Xəlilova Mehriban Cəlal qızı, 1971-ci il təvəllüdlü Əlizadə Elnarə İltifat qızı və 1968-ci il təvəllüdlü Nəcibəyov Rahim Gülağa oğludur.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirilib.