Modern.az

Şahmatçımız Gövhər Bəydullayeva Mixail Botvinnik adına Kubokun qalibi olub

Şahmatçımız Gövhər Bəydullayeva Mixail Botvinnik adına Kubokun qalibi olub

9 Noyabr 2017, 17:02

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Mixail Botvinnik adına Kubokun qalibi olub. Şahmatçımız 10 mümkün xaldan 10 xal tolayaraq parlaq qələbə qazanıb.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, G.Bəydullayeva turnirin yekun mərhələsində moldovalı Valentiba Rotaruya qalib gələrək birinciliyə daha bir namizədi- Ermənistan nümayəndəsini geridə qoyub.

 

Mixail Botvinnik adına Kubok uğrunda 14 yaşınadək yeniyetmələr arasında keçirilən yarışın qaliblərinə mükafatlar Moskva Mərkəzi Şahmat Evində təqdim olunub. Turnirdə 22 gənc şahmatçı iştirak edib.

 

Qızlar arasında yarışmada birinci yeri Azərbaycan şahmatçısı Gövhər Bəydullayeva (10 xal), ikinci yeri Ermənistan nümayəndəsi Mariam Mkrtçyan (6,5 bal), üçüncü yeri isə Özbəkistan şahmatçısı Yuliya Xeqay (6 bal) tutublar.

 

Oğlanlar arasında qalib adına Moldova nümayəndəsi İvan Şitko (8 bal) layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı