İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 700-dən artıq şəxsi saxlayıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, saxlanılanlar hamısı qadınlar olub. Onlardan 512 nəfəri Rusiya, 200 nəfəri Azərbaycan vətəndaşıdır.
İraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində yazdığına görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.
V.Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.