Modern.az

Bakı məktəblisi Avropa çempionatının qalibi olub

Bakı məktəblisi Avropa çempionatının qalibi olub

Aktual

10 Noyabr 2017, 11:17

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü  üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb.

Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.

 

Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.

 

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı