Modern.az

Qırmızı Xaç Komitəsi: "İraqda 20 millətdən olan 1300 qadın və uşağa baş çəkirik"  

Qırmızı Xaç Komitəsi:

Aktual

10 Noyabr 2017, 11:35

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İraqın Mosul şəhərində 20 millətdən olan təqribən 1300 qadın və uşağa baş çəkir və humanitar yardım göstərir.

 

Bu barədə Modern.az-a Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. 

 

İ.Hüseynova qeyd edib ki, Komitə həmin şəxslərin təxirəsalınmaz humanitar ehtiyaclarını ödəməyə çalışır: “Ehtiyaclara yemək, gigiyenik məhsullar, su və  digər ehtiyaclar daxildir. Həmçinin, bu şəxslərlə onların başqa ölkələrdə yaşayan ailə üzvləri arasında əlaqə yaratmalarına yardımçı oluruq. Bundan başqa, biz kimsəsiz uşaqları qeydiyyata alırıq və onların gələcək taleyi ilə bağlı müvafiq hakimiyyət orqanları ilə danışıqlar aparırıq. Həmçinin, baş çəkdiyimiz şəxslər barədə onların öz razılığı olduğu təqdirdə, aidiyyəti diplomatik nümayəndəliklərə məlumat verilir”.

 

Qurum rəsmisi deyib ki, azərbaycamnlıların, eləcə də digər ölkə vətəndaşlarının  öz ölkələrinə qaytarılması İraq hökuməti və həmin şəxslərin vətəndaşlığını daşıdığı ölkələr arasındakı ikitərəfli razılaşma şəklində həyata keçirilir. 

 

Qeyd edək ki, iraqlı deputat Vian Dahil özünün “twitter” səhifəsində hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadını saxladığını yazıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı