Modern.az

80 əsgərin həyatını qurtaran Milli Qəhrəmanın ad günüdür

80 əsgərin həyatını qurtaran Milli Qəhrəmanın ad günüdür

10 Noyabr 2017, 12:08

Milli Qəhrəman Oqtay Güləliyevin doğum günüdür.

 

 Oqtay Güləli oğlu Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonu Xaçınyalı kəndində anadan olub. O, müharibənin ilk günlərindən polis (milis) zabiti, rota komandiri kimi düşmənə qarşı döyüşlərdə iştirak edib, 1991-ci ilin yanvarında “Daşaltı əməliyyatı” zamanı mühasirəyə düşmüş 80 əsgərimizin həyatını xilas edib, 1992-ci il sentyabrın 19-da Laçın dəhlizi istiqamətində həyata keçirilən əməliyyata rəhbərlik edib, onun rotası Hocaz kəndini və Nərgiz yüksəkliyini ələ keçirərək əməliyyatı uğurla başa çatdırıb, lakin düşmən əkshücuma keçərək onları mühasirəyə alıb, qeyri-bərabər döyüşdə igid komandir qəhrəmanlıqla həlak olub. 1993-cü il mayın 11-də Milli Qəhrəman adı verilib. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayonun iki orta məktəbi onun adını daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı