Modern.az

Qəbristanlıqdan oğurluq

Qəbristanlıqdan oğurluq

Aktual

10 Noyabr 2017, 12:42

Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub. 

        
DİN Mətbuat Xidmətindən Modern.az-a bildirlib ki, faktla əlaqədar cinayət işi başlanılıb.     


Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

        
İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı