Modern.az

Adam öldürməyə cəhd etdi, başqa cinayəti də üzə çıxdı

Adam öldürməyə cəhd etdi, başqa cinayəti də üzə çıxdı

Aktual

10 Noyabr 2017, 12:45

Gəncə sakini Qurban Qurbanov cinayət əməllərinə görə saxlanılıb. Modern.az DİN-in mətbuat xidmətinə isitnadən xəbər verir ki, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan  Qurban Qurbanovun daha bir ağır cinayət törətməsi də müəyyən edilib.

 

Araşdırmalar zamanı onun cari il oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobildə Gülüstan qəsəbəsinə apararaq orada girov saxlaması və buraxılması müqabilində qohumlarından 100.000 rubl (2870 manat) pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxması, habelə əlavə olaraq 250.000  rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib.    

 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı