Modern.az

Hadisə yerindən qaçan sürücü saxlanıldı

Hadisə yerindən qaçan sürücü saxlanıldı

Aktual

10 Noyabr 2017, 12:54

Yolu keçən piyadanı vuraraq hadisə yerini tərk edən sürücü saxlanılıb.

 

Modern.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də saat 4.00 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən sərxoş vəziyyətdə olan Şamaxı rayon sakini Sovqat Məmmədovun kəllə-beyin xəsarəti və ayağı sınmış vəziyyətdə xəstəxanaya gətirilməsi barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.  

 

 Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin  yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti aldığı məlum olub. 

DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilmiş tədbirlərlə hadisənin  “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Eldar Eldarov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.  

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı